“Kamala Harris yalan deyir...” – İlon Mask
Amerikalı biznesmen İlon Mask prezidentliyə namizəd Kamala Harrisin xaricdə ABŞ hərbçilərinin olmaması barədə açıqlamasını yalan adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sahibkar öz podkastı çərçivəsində komediya aktyoru Co Roqana deyib.
“Mən hərbi əməliyyatların getdiyi döyüş bölgəsində olan amerikalı hərbçiləri tanıyıram. Kamala Harris vitse-prezident kimi bu cür hərbçilər barədə rəsmi şəkildə məlumatlı olmalıdır. Ona görə də onun xaricdə ABŞ əsgərlərinin olmaması ilə bağlı dediklərini həyasız yalan hesab edirəm”, - deyə Mask vurğulayıb.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçirilir. Bugünədək 70 milyondan çox amerikalı erkən səsvermədə öz seçimini edib. Oktyabrın 28-də prezident Co Bayden də erkən səs verib. O, bunun üçün 40 dəqiqə növbədə gözləməli olub.
Xatirə SADİQ