Masazırdakı yanğın söndürüldü - FHN
Masazırda açıq sahədə baş verən yanğın söndürülüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.