Xəstələr Maştağa Psixiatriya Xəstəxanasından QAÇIB? - Açıqlama

Sosial şəbəkələrdə Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.

May 1, 2026 - 16:10
Xəstələr Maştağa Psixiatriya Xəstəxanasından QAÇIB? - Açıqlama

SAVASHMEDİA.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, məlumat əsassızdır.

“Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”, - açıqlamada vurğulanıb.