O həkim ölməyib, sağdır - RƏSMİ

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. 

May 1, 2026 - 15:44
O həkim ölməyib, sağdır - RƏSMİ

Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır". (Oxu.az)