G20 liderləri Trampdan qorxurlar? – “The Times”
Braziliyada keçirilən G20 sammitinin iştirakçıları ABŞ-nin seçilmiş prezidenti Donald Trampın adını açıq şəkildə çəkməməyə çalışırlar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Nəşr amerikalı prezidentin varlığının pərdə arxasında belə hiss olunduğuna işarə edib.
“ABŞ-nin yoxluğu danışıqlarda artıq hiss olunurdu. İnsanlar qorxudan iflic olublar. Heç kim seçilmiş prezidenti müzakirə etməyə həvəsli deyil”, - deyə G20 ölkələrindən birinin diplomatı vurğulayıb.
“The Times” Braziliyanın mətbuat konfransı verən bütün rəsmilərini, eləcə də Braziliya prezidenti Luis İnasiu Lula da Silvanı və Fransa prezidenti Emmanuel Makronu buna nümunə olaraq göstərib.
Bundan başqa, qəzet britaniyalı baş nazirin Tramp komandasının Ukraynaya dəstəyi tənqid etməsi barədə suala cavab verərkən var gücü ilə müttəfiqi tənqid etməməyə çalışdığına diqqət çəkib.
“The Times” hesab edir ki, yeni seçilmiş prezidentin adı çəkilmir, çünki o, beynəlxalq arenada Amerikanın maraqlarını inkişaf etdirmək üçün sərt mübarizə aparacağını açıq şəkildə bəyan edib.
Xatirə SADİQ