Netanyahu Laricaninin ölümündən danışdı - "Ondan qurtulmaq"

İsrailin baş naziri Benyamin Netanyahu İran siyasi elitasına qarşı zərbələrin davam edəcəyini açıqlayıb və Əli Laricaninin zərərsizləşdirildiyini təsdiqləyib.

Mar 17, 2026 - 20:23
Netanyahu Laricaninin ölümündən danışdı - "Ondan qurtulmaq"

SAVASHMEDİA.az xəbər verir ki, Netanyahu videomüraciətində bildirib ki, bu əməliyyatlar İran rejiminin zəiflədilməsi məqsədi daşıyır və proses qısa zamanda başa çatmayacaq.

Onun sözlərinə görə, İsrailin strategiyası İran daxilində dəyişiklik üçün şərait yaratmaqdır:

“Biz bu rejimi sarsıdırıq ki, İran xalqına ondan qurtulmaq imkanı verək. Bu dərhal baş verməyəcək, asan olmayacaq. Amma israrlı olsaq, onlara öz talelərini öz əllərinə almaq şansı verəcəyik”.

Netanyahu əlavə edib ki, qarşıdakı dövrdə daha çox “sürpriz” addımlar atılacaq və əməliyyatlar davam edəcək.

Aytən