“Bəlkə də qoca Bayden qəşəng ölmək qərarına gəlib” – Dmitri Medvedev
“Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri endirməyə icazə verməklə Vaşinqton şüurlu şəkildə Moskva ilə münasibətləri gərginləşdirir".
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yazıb.
O, qeyd edib ki, bunun nəticələrinin öhdəsindən Donald Trampın komandas gəlməli olacaq.
Medvedev iddia edib ki, belə qərar Ukrayna ordusunun hərbi əməliyyatlarına ciddi töhfə verə bilməyəcək.
“Bəlkə də qoca Bayden bəşəriyyətin əhəmiyyətli bir hissəsini özü ilə apararaq, həqiqətən də qəşəng şəkildə ölmək qərarına gəlib”, - Təhlükəsizlik Şurası sədrinin müavini əlavə edib.
Xatirə SADİQ