Əkrəm İmamoğlu tanınmaz halda – SON GÖRÜNTÜSÜ

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu 21 yanvarda təşkil etdiyi “Turpun böyüyü” adlı mətbuat konfransına görə keçirilən məhkəmədə hakim qarşısına çıxıb.

Sep 26, 2025 - 20:17
Əkrəm İmamoğlu tanınmaz halda – SON GÖRÜNTÜSÜ

SAVASHMEDİA.az xəbər verir ki, İmamoğlu sözügedən mətbuat konfransında “Ekspert və şahidi təsir altına almağa cəhd” və “ədalətli mühakiməyə təsir göstərməyə cəhd” ittihamları mühakimə olunub.

İclasda Əkrəm İmamoğlunun həddindən artıq arıqlaması diqqətdən qaçmayıb. İmamoğlunun son halı görənlərin təəccübünə səbəb olub. 

Əkrəm İmamoğlunun son fotosu

Qeyd edək ki, İBB sədri cə CHP-nin prezidentliyə namizədi Ekrem İmamoğlu cari ilin 19 martında İstanbul bələdiyyəsinə qarşı başladılan korrupsiya və rüşvət əməliyyatları çərçivəsində həbs edilib. Səhhətinin pisləşməsi ilə bağlı 2 dəfə xəstəxanaya yerləşdirilən Əkrəm İmamoğlu 192 gündür Silivri həbsxanasında cəza çəkir.

Banu

Əkrəm İmamoğlunun həbsdən əvvəlki fotosu