Lukaşenko Putinlə 5 saatlıq görüşdən sonra - "Zelenskiyə deyəcəklərim var..."
Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə 5 saatlıq görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmaq istədiyini bildirib
SAVASHMEDİA.az xəbər verir ki, görüşdən dərhal sonra Lukaşenko aşağıdakı məzmunda açıqlama verib:
"Mən sadəcə onunla danışmaq istərdim. Zelenskiyə deyəcəklərim var. Düşünürəm ki, bizim məsləhətləşmələrə başlamağın vaxtı çatıb".
Lukaşenko Ukraynanı dayanmağa çağırıb. Onun sözlərinə görə, Rusiya ordusunu bundan sonra dayandırmaq çətin olacaq.
Buna görə də “üç slavyan ölkəsi” masa arxasında əyləşməli və müharibənin dayandırılması ilə əlaqədar razılığa gəlməlidir: "Biz üç slavyan dövlətinin lideri oturub razılığa gəlməliyik".
Oğuz