Tramp mümkün seçki məğlubiyyətini belə izah etdi - Maraqlı BƏHANƏ
ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək aralıq Konqres seçkilərində Respublikaçılar Partiyasının məğlub ola biləcəyini etiraf edib.
SAVASHMEDIA.az xəbər verir ki, Tramp bunu ABŞ-da uzun illərdir davam edən siyasi ənənə ilə izah etməyə çalışıb.
Onun sözlərinə görə, hakimiyyətdə olan prezidentin partiyası aralıq seçkilərdə adətən məğlub olur.
"Prezidentin demokrat və ya respublikaçı olmasının fərqi yoxdur. Nədənsə, onun partiyası aralıq seçkilərdə uduzur. Bu, təkcə son 50 ilin deyil, son 100 ilin müşahidə olunan tendensiyasıdır", - ABŞ Prezidenti bildirib.
Bununla belə, Tramp Respublikaçılar Partiyasının bu dəfə qalib gələcəyinə inandığını vurğulayıb. Onun sözlərinə görə, partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu qoruyub saxlaya bilər.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Demokratların aralıq seçkilərdə qələbə qazanmasının gələcəkdə respublikaçıların hakimiyyətə qayıtmasını çətinləşdirəcəyini iddia edərək, bu halda özünün ABŞ-nin "sonuncu respublikaçı prezidenti" ola biləcəyini bildirmişdi.
Oğuz