“Xarakterimizdə təslim olmaq yoxdur” - Musa Qurbanlı

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirilən ilk oyundan (0:1) sonra paylaşım edib.

Aug 7, 2026 - 17:35
“Xarakterimizdə təslim olmaq yoxdur” - Musa Qurbanlı

SAVASHMEDİA.az xəbər verir ki, o, instaqram hesabının hekayə bölməsində komandasına dəstək mesajı yayımlayıb.

Hələ heç nə bitməyib, son dəqiqəyə kimi döyüşəcəyik. Bizim xarakterimizdə təslim olmaq yoxdur”, - 23 yaşlı futbolçu yazıb.

Qeyd edək ki, “Qarabağ” ilk görüşdə Kiyev “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub. Cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.