Ceki Çan Bakıda xəsarət aldı, ağrılardan qıvrıldı... - Həmin anın VİDEOSU
Hollivudun məşhur aktyoru Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda davam edən çəkilişləri zamanı xoşagəlməz hadisə baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, kaskadyorluq səhnələrinin birinin icrası zamanı aktyorun qolu zədələnib.
Zədələndikdən sonra çəkiliş meydanını tərk etdiyi anı əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.
Kadrlarda Ceki Çanın qolunu tutaraq ağrıdan əziyyət çəkdiyi hiss olunur.
Video qısa zamanda geniş müzakirələrə səbəb olub. Aktyorun pərəstişkarları paylaşımın şərh bölməsində ona dəstək mesajları yazaraq tezliklə sağalmasını arzulayıblar.
Aytən
Посмотреть эту публикацию в Instagram