Moskvada separatçı rejimin təmsilçiləri partladıldı - Sarkisyan və mühafizəçisi reanimasiyada

Moskvanın “Alıye Parusı” yaşayış komöleksində partlayış törədilib.

Feb 3, 2025 - 08:58
Moskvada separatçı rejimin təmsilçiləri partladıldı - Sarkisyan və mühafizəçisi reanimasiyada

SAVASHMEDİA.az-ın məlumatına görə, törədilən partlayış separatçı “Donetsk Xalq Respublikasının” (DXR) Boks Federasiyasının prezidenti, Ukraynadakı işğalçı müharibədə iştirak edən “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyanın məhv edilməsinə hesablansa da, o sağ qalıb.

Rusiyanın "Kommersant" nəşri xəbər verib ki, yaşayış kompleksində ölən Armen Sarkisyan deyil, onun mühafizəçisi olub.

Armen Sarkisyan

Digər mənbələr Sarkisyanın sağ qaldığını, lakin onun cangüdəni ola biləcək Krım “MVD”sinin keçmiş əməkdaşı Oleq Kaspiroviçin yaralandığını bildirir.

Son məlumatlara görə isə Sarkisyan və onun cangüdəni ağır yaralı vəziyyətdə reanimasiyaya yerləşdiriliblər.

Bildirilir ki, partlayış Sarkisyan mühafizəçilərin müşayiəti ilə zaldan keçərkən baş verib.

Oğuz