"Aqil müəllim, bu parlament sözüdür?" - Deputatın bu sözü spikeri özündən çıxardı

Həkimlərin və dərmanların reklamı baş alıb gedir.

Feb 3, 2025 - 09:17
"Aqil müəllim, bu parlament sözüdür?" - Deputatın bu sözü spikeri özündən çıxardı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas bügünkü plenar iclasda deyib.

O bildirib ki, SSRİ vaxtı bu qadağan idi:

"Rəşid Mahmudovun reklama ehtiyacı var? O özü brenddir. Bəziləri gedir 2-3 aylıq sertifikat alır, özünu reklam etdirir. Düzdür, özəl telekanallar reklamlardan və arvad davalarından, boğuşmalarından pul qazanır. Ancaq bu qəbuledilməzdir".

Daha sonra spiker söz alıb və deputatı bu sözlərinə görə qınayıb:

"Aqil müəllim, bu nə fikirlərdir? Bu, parlament sözüdür !?" (Teleqraf)