Qərargah rəisi yaşadığı evdə canına qıydı - Foto

Bu gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Mar 15, 2025 - 15:16
Qərargah rəisi yaşadığı evdə canına qıydı - Foto

Məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Mülki müdafiə qərargahının rəisi 1987-ci il təvəllüdlü Anar Kərimzadə özünü asaraq intihar edib.

Onun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır. (qafqazinfo)

Fotoda Anar Kərimzadə