"Çox şişirdirsiniz" - Mourinyoya nə olub?
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo təcili şəkildə əməliyyat olunacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, mütəxəssis bu haqda sosial şəbəkə hesablarında paylaşım edib. O, sadəcə kiçik bir prosedur keçirəcəyini yazıb:
“Əməliyyatımla bağlı xəbərlər çox şişirdilib. Bu, sadəcə kiçik bir prosedurdur. Həmişə olduğu kimi, istirahətdən sonra ilk gün məşqlərdə olacağam. 25 il ərzində heç bir məşqdən yayınmamışam. Bunu etmək kimi bir niyyətim yoxdur”.
Qeyd edək ki, daha əvvəl portuqaliyalı mütəxəssisin səhhətində yaranan problemlərə görə bu gün xaricdə əməliyyat olunacağı bildirilirdi.