"Sənin ölüm hökmünü atan verdi..." - Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
SAVASHMEDİA.az həmin paylaşımı olduğu kimi təqdim edir:
"Kilis Universitetində Beynəlxalq simpoziumdayıq. Məruzə edənlərdən biri maraqlı bir əhvalatla başladı. Söylədi ki, Suriya savaşında aşırı əhli-sünnə sayılan iki İŞİD əsgəri onlara qarşı vuruşmuş bir silahlı ələvi gənci əsir almışlar və barəsində hökm vermək istəyirlər. Tərəflərin hər ikisi də ərəbdir. Sünnilər ələviyə mobil telefon verib söyləyirlər: "indi atana telefon açıb soruşursan ki, bir sünnini əsir götürmüşəm, ona hansı hökm çıxarım".
Telefonun o ucundan atası bunu söyləyən oğluna dərhal bağırır: "Gözünü qırpmadan öldür".
Bu halda "işid"çilər pərişan durumda olan ələviyə deyirlər: sənin hökmünü öz atan verdi. Və dərhal onu öldürürlər.
Vəbalı danışanın boynuna, belə bir hadisənin baş verib-vermədiyini bilmirəm. Ancaq ibrətamizdir. Xəstə din anlayışının doğurduğu yüzlərlə faciədən biri. Burada insan ağlını və insanlıq əxlaqını hara yerləşdirmək mümkün ola bilər ki?"
Aytən