Putin 9 May təbrikində iki ölkənin liderini “unutdu” - Bu, nəyin mesajıdır?

Rusiya Prezidenti Vladimir Putin 9 May – Qələbə Günü münasibətilə bir sıra postsovet ölkələrinin liderlərinə təbrik mesajı göndərib.

May 8, 2026 - 18:45
May 8, 2026 - 21:44
Putin 9 May təbrikində iki ölkənin liderini “unutdu” - Bu, nəyin mesajıdır?

SAVASHMEDİA.az xəbər verir ki, təbrik ünvanlananlar arasında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus lideri Aleksandr Lukaşenko, eləcə də Mərkəzi Asiya ölkələrinin rəhbərləri yer alıb.

Putin Moldova və Gürcüstan rəhbərlərini isə "unudub", belə ki, o, birbaşa həmin ölkələrin xalqlarına müraciət edib. 

O, həmçinin Abxaziya və Cənubi Osetiyanın separatçı rəhbərlərini də təbrik edib.

Qeyd edək ki, postsovet ölkələri liderləri arasında yalnız Aleksandr Lukaşenko 9 may paradında iştirak üçün Moskvaya gedib.

Bir çox siyasi təhlilçilər təbrik mesajında Moldova və Gürcüstan liderlərinin "unudulması"nın təsadüf olmadığını və bu mesajın onların "Kremlin düşmənləri" siyahısına əlavə olunduğu anlamına gəldiyini iddia ediblər.

Səlcuq