“Putin bizə gülür” - Boris Conson

Britaniyanın keçmiş baş naziri ABŞ və Rusiya prezidentlərinin telefon danışığını “Putin bizə gülür” kimi dəyərləndirib. 

Mar 19, 2025 - 11:55
“Putin bizə gülür” - Boris Conson

SAVASHMEDİA.az xəbər verir ki, Boris Conson bu barədə “X” platformasında yazıb.
  
“Necə bir sürpriz – Putin qeyd-şərtsiz atəşkəsdən imtina edir. O, günahsız ukraynalıları bombalamağa və öldürməyə davam etmək istəyir. O, Ukraynanın tərksilah edilməsini istəyir. O, Ukraynanın zərərsizləşdirilməsini istəyir. O, Ukraynanı Rusiyanın vassal dövlətinə çevirmək istəyir. O, danışıqlar aparmır. O, bizə gülür”, - deyə britaniyalı siyasətçi vurğulayıb.

Xatirə SADİQ