“Bu məsələdən danışmamışıq” – Donald Tramp

“Putinlə telefon danışığında Ukraynaya yardımdan söhbət getməyib”. 

Mar 19, 2025 - 11:53
“Bu məsələdən danışmamışıq” – Donald Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fox News telekanalının “The Ingraham Angle” proqramında deyib.

“Biz [Ukraynaya] kömək haqqında danışmamışıq, ümumiyyətlə, yardım haqqında danışmamışıq”, - deyə ABŞ prezidenti vurğulayıb. 

Dünən Trampla Putinin söhbətindən sonra Kremlin yaydığı press-relizdə bildirilib ki, Kreml rəhbəri xarici hərbi yardımın və Kiyevə kəşfiyyat məlumatlarının verilməsinin tamamilə dayandırılması şərtini irəli sürüb.

Xatirə SADİQ