"Zelenskinin məndən nə istəyəcəyini bilirəm" - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də ondan “Tomahawk” tipli qanadlı raketlərin verilməsini xahiş etməyi planlaşdırır.

Oct 15, 2025 - 01:59
"Zelenskinin məndən nə istəyəcəyini bilirəm" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu argentinalı həmkarı Xavyer Mileylə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən artıq Zelenskinin nə deyəcəyini bilirəm. O, silah istəyir. O, ‘Tomahawk’ almaq istər”, – Tramp vurğulayıb.

“Hamı onları istəyir. Bizdə ‘Tomahawk’ çoxdur. Sizə lazım deyil?” – deyə Tramp zarafatla Mileyə müraciət edib.