Gürcüstan prezidenti oyunu Ərdoğanla bərabər izlədi

Gürcüstan DÇ-2026-nın seçmə mərhələsində Türkiyəyə 4:1 hesabı ilə uduzub.

Oct 15, 2025 - 02:06
Gürcüstan prezidenti oyunu Ərdoğanla bərabər izlədi

SAVASHMEDİA.az xəbər verir ki, matçı tribunadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və gürcüstanlı həmkarı Mixail Kavelaşvili izləyib. Kavelaşvili ölkəsinin komandasının uduzmasından sonra məyusluğunu gizlətməyib. 

Qeyd edək ki, dörd turdan sonra Gürcüstan üç xalla üçüncü pillədə qərarlaşıb. Beləliklə, komanda seçmə mərhələdən keçərək Dünya Çempionatına vəsiqə qazanmaq şansını itirsə də, UEFA Millətlər Liqasının pley-off mərhələsi vasitəsilə buna nail ola bilər.