ABŞ məmurları Ağ Evin məxfi planını yayıb
ABŞ məmurları səhvən Ağ Evin məxfi mərtəbə planını 11.000-dən çox insanla paylaşıblar.
SAVASHMEDİA.az bu barədə “The Washington Post”a (WP) istinadən xəbər verir.
Məlumata görə, Ümumi Xidmətlər İdarəsinin əməkdaşları ehtiyatsızlığa yol verərək, məxfi sənədlərin olduğu “Google Drive” qovluğunu 11.200-dən çox əməkdaşı olan bu qurumla paylaşıblar.
Sənədlərə mərtəbələrin cizgiləri, partlayışdan müdafiə olunan qapının təfərrüatları və Tramp administrasiyasının mətbuat konfranslarının keçirilməsinə kömək edən təchizatçının bank məlumatları daxil olub. Fayl mübadiləsi ən azı 2021-ci ilin əvvəlində – Baydenin prezidentliyinin əvvəlində başlayıb və Tramp administrasiyası dövründə davam edib.
Xatirə SADİQ