Tramp bu elanı iki nazirlə hazırlayıb – xarici KİV
ABŞ prezidenti Donald Tramp tarif siyasətinin qəfil dəyişdirilməsi və yeni rüsumların 90 gün təxirə salınması qərarının elanını iki nazirlə birlikdə hazırlayıb.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ ticarət naziri Hovard Lutnik deyib.
Lutnik danışıb ki, ABŞ prezidenti “Truth Social”da postunu onunla və maliyyə naziri Scott Bessentlə birlikdə yazıb.
Tramp həmçinin istiqraz bazarını izlədiyini deyib.
“Dünən gecə gördüm ki, insanlara bir az pis olub. Son bir neçə gündə işlər olduqca tutqun görünürdü. Sonra isə bu, sanki maliyyə tarixində ən böyük gün kimi görünürdü. Bu, olduqca əhəmiyyətli bir dəyişiklikdir”, - deyə Tramp jurnalistlərə söyləyib.
O, bu məqamda da ənənəsinə sadiq qalaraq nəzərə çatdırıb ki, heç bir başqa prezident onun etdiyini edə bilməzdi.
Xatirə SADİQ