"Dedim, barmağını döyəcləmə, belə şeylər mənə keçmir" - Zelenski

“Ukrayna ilə yerin təki sazişi üzrə danışıqlara cavabdeh olan ABŞ-nin maliyyə naziri Skott Bessent səhv yanaşma seçib”.

Apr 10, 2025 - 12:26
Apr 10, 2025 - 12:43
"Dedim, barmağını döyəcləmə, belə şeylər mənə keçmir" - Zelenski

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski jurnalistlərə söyləyib. 

Jurnalistlər Ukrayna prezidentindən nazir Bessentin amerikalı jurnalist Taker Karlsona verdiyi son müsahibəsində Ukrayna prezidentinin yerin təki sazişinin imzalanmasını “pozduğu” və ətrafındakılardan “qeyri-mükəmməl məsləhətlər aldığı” barədə söylədiyi bəyanatlarına münasibət bildirməsini xahiş ediblər.

Zelenski buna cavab olaraq bildirib ki, ABŞ-nin maliyyə nazirinin problemi “onun yanaşmasındadır”.

“O, dedi: “Siz indi bunu imzalamalısınız”. Mən gizlətməyəcəyəm: burada olan hər bir insan kimi mənim də müxtəlif xüsusiyyətlərim var. Həmkarlarım bilirlər ki, müqaviləyə barmaqla döyəcləmək və “İndi imzalamaq lazımdır” demək – buna görə mən ona yalnız “Barmağınızla döyəcləməyi dayandırın və gəlin mövzuda danışaq” deyə bildim. O, yəqin ki, başqa dialoq gözləyirdi. Lakin mən Ukraynanı üçüncü dərəcəli ölkə hesab etmirəm. Hesab edirəm ki, biz bərabərhüquqlu şəkildə danışmalıyıq”, - deyə Zelenski əlavə edib.

Xatirə SADİQ