Sabah bu ərazidə su kəsiləcək – Sakinlərin diqqətinə!

Sabah saat 10:00-dan axşam saatlarına qədər Zabrat qəsəbəsinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Apr 10, 2025 - 12:29
Sabah bu ərazidə su kəsiləcək – Sakinlərin diqqətinə!

SAVASHMEDİA.az-a bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbəni içməli su ilə təchiz edən xətdə təmir işlərinin aparılmasıdır.
İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.