AFFA “Qarabağ” və “Neftçi” klublarını cərimələdi - MƏBLƏĞLƏR və SƏBƏB
AFFA “Qarabağ” və “Neftçi” klublarını cərimələyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin qərarında bildirilib.
Qərara əsasən, Misli Premyer Liqasının VIII turunda keçirilən “Qarabağ” - “Neftçi” matçında Ağdam klubunun azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə görə “Qarabağ” 5000 manat cərimələnib.
“Neftçi” isə qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə 3000 manat cərimə edilib.
Bundan başqa, görüşün 90+4-cü dəqiqəsində “Neftçi”nin mətbuat katibi Asəf Zeynallı stadiona kiçik zərər vurub. Dəymiş zərər yerində ödənildiyi üçün ona xəbərdarlıq edilib.
Qeyd edək ki, “Qarabağ” və “Neftçi” arasında oktyabrın 17-də keçirilən qarşılaşma Misli Premyer Liqasının VIII turu çərçivəsində baş tutub. Görüş 3:3 hesablı bərabərliklə başa çatıb.