"Qalatasaray" - "Adanaspor" matçındakı həmin epizodun VİDEOSU - Belə penalti olurmu?
Turkiyə Super Liqasında 23-cü turun "Qalatasaray" - "Adana Demirspor" matçında gözlənilməz olay yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, hakimin "Qalatasaray" lehinə verdiyi müəmmalı penalti "Adanaspor" futbolçularının 30-cu dəqiqədə meydanı tərk etməsinə səbəb olub.
Birbaşa paltardəyişmə otağına yollanan rəqib komanda futbolçularını bir qədər gözlədikdən sonra oyun dayandırılıb.
Həmin epizodu təqdim edirik: