Okan Buruk futbolçuya "s...get" deyibmiş - "Adana Dəmirspor"un prezidenti DANIŞDI
"Adana Demirspor" klubunun prezidenti Murat Sancak bu gün "Qalatasaray"la oyunda baş verənlərlə bağlı geniş açıqlama verib.
SAVASHMEDİA.az onun baş verənlərlə bağlı fikirlərini təqdim edir:
"Bu, "Qalatasaray"a qarşı edilən bir hərəkət deyil. Dursun Özbek mənim böyük qardaşımdır. Məni Türkiyədə heç kim satın ala bilməz. Ali Koç mənə göstəriş verə bilməz. Bu, TFF və MHK-yə qarşı edilən bir əməliyyatdır. "Qalatasaray"ın da bu penaltiya ehtiyacı yoxdur. Matç davam etsəydi belə, 99% biz yenə məğlub olacaqdıq".
Murat Sancak futbolçunu söyən "Qalatasaray"ın baş məşqçisi Okan Buruka da xəbərdarlıq edib:
"Okan Buruk məni danışdırmasın, hamı kimin kim olduğunu bilir. Mənim oyunçuma 'S... Get' deyirsən. Bax Okan Buruk, "Qalatasaray"ın baş məşqçisi ola bilərsən, amma bura Adana Demirspordur, büyük camiədir. Sən futbolçumu söymək cəsarətini hardan alırsan?"
Oğuz