Ronaldonun toyunun qonaq siyahısı YAYILDI - Messi yoxdur
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo ilə nişanlısı Corcina Rodrigezin toyu ilə bağlı yeni detal məlum olub.
SAVASHMEDIA.az xəbər verir ki, avqust ayı ərizndə Portuqaliyanın Madeyra adasında keçirilməsi gözlənilən toya dəvət olunacaq məşhurların ilkin siyahısı açıqlanıb.
Xarici mətbuatda yayılan iddialara əsasən, dəvətlilər siyahısında Kilian Mbappe, Neymar, Vinisius Junior, Zinəddin Zidan, Pepe, Rio Ferdinand, Konor Makqreqor, Həbib Nurməhəmmədov, Vin Dizel, Cennifer Lopez, Rihanna, Dreyk, Trevis Skott, Ester Ekspozito və Pirs Morqanın adları var.
Yayılan qonaq siyahısında futbol əfsanəsi Lionel Messinin adının yer almaması xüsusilə diqqət çəkib. Bəzi media orqanları bunu Ronaldonun uzun illərdir, futboldakı əsas rəqibi Messini toyunda görmək istəməməsi ilə əlaqələndirsə də, bu barədə hansısa təsdiqləyici fakt yoxdur.
Bəziləri isə qonaqların yekun siyahısının hələ açıqlanmadığını önə çəkərərk, qəti nəticəyə gəlməyin doğru olmadığını düşünürlər.
Səlcuq