"Kolumbus Kryu" Nərimanı niyə Türkiyəyə göndərdi? - SƏBƏB
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyənin "Erzurumspor" klubu futbolçu ilə prinsipial razılıq əldə olunduğunu rəsmi sosial şəbəkə hesablarında açıqlayıb.
Məlumata görə, 23 yaşlı hücumçu yaxın günlərdə Ərzuruma yollanacaq və tibbi müayinədən keçəcək. Tibbi baxışın nəticələri müsbət olacağı təqdirdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
Bildirilir ki, Nəriman Axundzadə ABŞ-nin "Kolumbus Kryu" klubunun mvəqqəti baş məşqçisi Loran Kurtuanın etimadını doğrulda bilmədiyi üçün komandadan göndərilib. İddialara görə, azərbaycanlı hücumçunun bu səbəbdən Türkiyə klubnuna icarəyə verilməsi qərara alınıb.
Xatırladaq ki, Henrik Rüdström may ayının 17-də "Kolumbus Kryu"nun baş məşqçisi vəzifəsindən azad edilib və bu posta müvəqqəti olaraq köməkçi məşqçi Loran Kurtua təyin olunub.
Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevral ayında "Qarabağ"dan "Kolumbus Kryu"ya transfer olunmuşdu. Lakin o, ABŞ klubunun heyətində gözlənilən qədər oyun praktikası qazana və fərqlənə bilməyib.
Səlcuq
Посмотреть эту публикацию в Instagram