"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi bilindi

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Jul 30, 2025 - 23:34
"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi bilindi

SAVASHMEDİA.az xəbər verir ki, bu, Şimali Makedoniya "Şkendiya"sıdır.

Tetovo şəhərinin təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB komandasını mübarizədən kənarlaşdırıb. İlk matçda evdə 1:0 hesablı qələbə qazanan "Şkendiya" cavab görüşündə də qalib gəlib - 2:1.

Buxarestdəki qarşılaşmada hesabı 28-ci dəqiqə meydan sahiblərinin futbolçusu Yuri Çizotti açıb. Lakin Liridon Latifi 33-cü, Vane Krstevski 87-ci dəqiqədə fərqlənərək, qonaqlara əzmkar qələbə qazandırıb.

"Qarabağ" "Şkendiya" ilə ilk matçını avqustun 6-da səfərdə, təkrar qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"unu üstələyib - 3:0, 1:0.