Millət vəkili qəzaya düşdü - Boynu sınıb, vəziyyəti ağırdır + FOTO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) üç çağrış millət vəkili, TÜLOV (Türkiye Tanıtım Araştırma ve Demokrasi ve Laik Oluşum Vakfı) sədri Nurettin Demir qəzaya düşüb.

Jul 30, 2025 - 22:38
Jul 30, 2025 - 22:43
Millət vəkili qəzaya düşdü - Boynu sınıb, vəziyyəti ağırdır + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Aydın vilayətinin Germencik rayonunda Aydın-İzmir yolunda baş verib. N.Demirin idarə etdiyi avtomobil nasazlıq səbəbindən qəza zolağında dayanmış yük avtomobilinə çırpılıb. 

Qəza nəticəsində ağır yaralanan Nurettin Demir Aydın Atatürk Dövlət Xəstəxanasına aparılıb. İlkin müdaxilədən sonra İzmirə, oradan da İstanbula köçürülüb. Yük maşınının sürücüsü dindirilmək üçün jandarma bölməsinə aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Verilən məlumata görə N.Demir avtomobildə tək olub. Onun boynunun sındığı və vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, N.Demir CHP-nin 24, 25, 26-cı çağırış Muğla millət vəkili olub.

Banu

Nurettin Demir