"Sabah" məğlubiyyətindən sonra "gedirəm" DEDİ - Koxalskidən VİDA AÇIQLAMASI

“Qarabağ”ın qapıçısı Mateus Koxalski gələcəyi ilə bağlı qeyri-müəyyən danışıb.

Apr 19, 2026 - 13:58
Apr 19, 2026 - 15:05
"Sabah" məğlubiyyətindən sonra "gedirəm" DEDİ - Koxalskidən VİDA AÇIQLAMASI

O, Misli Premyer Liqasının 28-ci turunda “Sabah”a 0:1 hesablı məğlubiyyətdən sonra komandadan ayrılmaq ehtimalına münasibət bildirib.

Koxalski qeyd edib ki, onun klubdakı taleyi hələ də sual altındadır:

“Növbəti mövsüm komandada qalmaq şansım yarı-yarıyadır. Nə olacağını tam olaraq özüm də bilmirəm. Hazırda qalacağımı, yoxsa gedəcəyimi dəqiq şəkildə demək çətindir”.

Oğuz
SAVASHMEDİA.az