“Fənərbağça”nın prezidenti sərbəst buraxıldı – BU ŞƏRTLƏRLƏ
Türkiyənin “Fənərbağça” idman klubunun prezidenti Sadettin Saran sərbəst buraxılıb.
SAVASHMEDİA.az xəbər verir ki, S.Saran narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində bu gün səhər saatlarından İstanbul Baş Prokurorluğunda ifadə verib.
Saran ifadə verdikdən sonra Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib. Orada klub prezidentindən narkotik maddə istifadə edib-etmədiyini müəyyən etmək məqsədilə qan və saç nümunələri götürülüb.
Bundan sonra S.Saran ölkədən çıxış qadağası və məhkəmə nəzarəti tətbiq olunmaqla azadlığa buraxılıb.
Qeyd edək ki, ötən axşam polislər S.Saranın evində axtarış aparıb. Lakin heç bir narkotik vasitə aşkarlanmayıb. Qış transfer pəncərəsi ilə bağlı İtaliyada səfərdə olan Saran ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb. “Fənərbağça” prezidenti gecə saatlarında Türkiyəyə qayıdıb.
Banu