Qarabağ futbolçuları bu fotolarına görə cəzalandılar - ŞƏKİL
Misli Premyer Liqasının 15-ci turunun bu gün keçirilən “Neftçi” - “Qarabağ” matçında meydan sahibi azarkeşlərinin narazılığına səbəb olan hadisə yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, 27-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Leandro Andradenin hesabı açdıqdan sonra baş verib.
Andrede komanda yoldaşı Kevin Medina ilə birgə “Neftçi” azarkeşlərinin oturduğu qapının arxa tribunası önündə qol sevinclərini qalib ədası formasında şəkil çəkdirməklə ifadə ediblər. Bu isə yerli azarkeşlərin etirazına səbəb olub.
Baş hakim Əliyar Ağayev dərhal hər iki oyunçunu cəzalandırara onlara sarı vərəqə göstərib. Bu, azarkeşlərə yönələn qıcıqlandırıcı hərəkət kimi qiymətləndirilib. Futbolçular isə əlləri ilə işarə ediblər ki, sadəcə fotoqraflara şəkil çəkdirmək üçün belə addım atıblar.