"Gecələr mesaj yazırdı, bir dəfə paltardəyişmə otağında..." - Mxitiryan Mourinyonu İFŞA ETDİ
İtaliyanın “İnter” klubunun futbolçusu Henrix Mxitaryan “Benfika”nın baş məşqçisi Joze Mourinyo ilə bağlı ilk dəfə qalmaqallı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Mxitaryan “Mançester Yunayted”də oynadığı vaxtlarda Mourinyonun ona daimi psixoloji təzyiq göstərdiyini bildirib.
Hətta Mourinyo paltardəyişmə otağında futbolçunu təhqir də edib:
“Otağa gəlib mənə yenə də psixoloji təzyiq göstərməyə başladı. Ona “İl yarımdır məni davamlı tənqid edirsiniz. Artıq bəsdir” dedim. O isə daha da irəli gedib məni “murdar, nəcis” adlandırdı və “Mançester Yunayted”dən rədd olub getməyimi tələb etdi. Mən də cavabında ən böyük murdarın və nəcisin onun özü olduğunu bildirdim”.
Mxitaryan qeyd edib ki, bu sərt dialoqdan sonra Mourinyo məşqlərdə də onu görməzdən gəlib və heç bir şəkildə ünsiyyət qurmayıb. Lakin hər gecə ona vatsapdan “Miki, xahiş edirəm, çıx get” yazıb.
Mxitaryan portuqal mütəxəssisə "Uyğun komanda tapsam, gedəcəyəm. Əks halda, yaya qədər gözləyəcəyəm" cavabını verib.
Mourinyo növbəti gecələrdə də ondan əl çəkməyib: “Miki, nə olar, çıx get, get ki, Aleksis Sançesi ala bilək”.
Mxitaryan isə ona davamlı olaraq “Sırf siz xoşbəxt olmayasınız deyə heç hara getməyəcəyəm. Gecələr məni narahat etməyi buraxın. Danışmaq istəyirsinizsə, menecerim Minoya (Raiola) yazın” - cavabını verib.
Qeyd edək ki, Joze Mourinyo 2016-2018-ci illərdə “Mançester Yunayted”in baş məşqçisi, Mxitaryan isə yarımmüdafiəçisi olub. Mourinyonun ulduzu erməni futbolçu ilə heç vaxt barışmayıb. O, həmişə Aleksis Sançesin alınmasını tələb edib. Nəticədə, 2018-ci ildə Mxitaryan “Arsenal”a, Mourinyo isə “Tottenhem Hotspur”a keçid edib.
Banu