Türkiyə millisi pley-offun finalında
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.
SAVASHMEDİA.az xəbər verir ki, A, B, C və D yolları üzrə bu günə nəzərdə tutulan ümumilikdə 8 oyundan 1-i artıq başa çatıb.
Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edib. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə pley-off mərhələsinin finalına adlayıb. Komanda həlledici mərhələdə Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Final görüşləri martın 31-də keçiriləcək.
26 mart
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
C yolu
21:00. Türkiyə - Rumıniya - 1:0
Qol: Kadıoğlu, 53
23:45. Slovakiya - Kosovo
A yolu
23:45. İtaliya - Şimali İrlandiya
23.45. Uels - Bosniya və Herseqovina
B yolu
23:45. Ukrayna - İsveç
24:45. Polşa - Albaniya
D yolu
23:45. Danimarka - Şimali Makedoniya
23:45. Çexiya - İrlandiya
Pley-off-un final cütlükləri
A yolu
İtaliya – Şimali İrlandiya qalibi / Uels – Bosniya və Herseqovina qalibi
B yolu
Ukrayna – İsveç qalibi / Polşa – Albaniya qalibi
C yolu
Türkiyə / Slovakiya – Kosovo cütünün qalibi
D yolu
Danimarka – Şimali Makedoniya qalibi / Çexiya – İrlandiya Respublikası qalibi
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.