"Fənərbağça" Tedeskonu yola saldı, onu gətirdi - RƏSMİ

Türkiyə Superliqasl təmsilçisi “Fənərbağça” baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.

Apr 27, 2026 - 23:50
"Fənərbağça" Tedeskonu yola saldı, onu gətirdi - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“İdarə heyətimizin keçirdiyi iclasda qəbul edilən qərarlara əsasən baş məşqçimiz Domeniko Tedesko və onun məşqçi heyəti ilə yollarımız ayrılmışdır.

İdman direktorumuz Devin Özek və futbol üzrə koordinatorumuz Berke Çələbi ilə də əməkdaşlığa son verilməsi qərara alınmışdır. Onlara klubumuza verdikləri töhfələrə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.

Köməkçi məşqçimiz Zeki Murad Göle mövsümün qalan oyunlarında komandamızı baş məşqçi kimi meydana çıxaracaq” - deyə, klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis ötən ilin sentyabrından “Fənərbağça”nı çalışdırıb. Turnir cədvəlində 67 xalla ikinci pillədə yer alan “sarı-lərcivərtlilər”i ilk pillədə yer alan “Qalatasaray”dan 7 xal fərq ayırır.