“İnter”in qapıçısı əlil arabasındakı şəxsi vurub öldürdü – Araşdırma başladı
İtaliyanın “İnter” (İnternasional) klubunun qapıçısı Xosep Martines qəza törədib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə bu gün – 28 oktyabrda Komo şəhərində baş verib.
Məlumata görə, 27 yaşlı ispan futbolçu əlil arabasındakı ahıl şəxsi avtomobili ilə vurub.
Hadisə yerinə tibbi yardım personalı gəlib. Bütün müdaxilələrə baxmayaraq, 81 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xosep Martinesin qəza zamanı heç bir xəsarət almasa da psixoloji sarsıntı keçirdiyi bildirilib.
Polis qəzanın dəqiq səbəblərini araşdırır.
Qeyd edək ki, Xosep Martines “Las Palmas”, “Leypsiq”, “Cenoa” klublarında forma geyinib. 2024-cü ildən isə “İnter”in qapıçısıdır.
Banu