Trampın bu məktubu Baydeni ŞOKA SALDI – “Sanki iki obrazı var...”
“ABŞ-nin sabiq prezidenti Co Bayden Donald Trampın 2021-ci ildə Ağ Evdən ayrıldığı vaxt ona ünvanladığı məktubu oxuyarkən çox təəccüblənib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “The New York Times” nəşri Baydenin çapa hazırlanan “Mənə söz ver, Amerika” (Promise Me, America) adlı kitabına əsasən yazıb.
20 yanvar 2021-ci il tarixli məktubda Tramp Baydeni mədh edib:
“Bir çox prezident sadəcə respublikaçı və ya demokrat kimi ölkəni idarə edərək gəlib-gediblər. Onlar əsasən tarixin axarını dəyişdirməyib, sadəcə olaraq onun amansız axınına tabe olublar. Sizinlə belə olmayacaq, çünki mən sizin Amerika xalqını nə qədər dərindən sevdiyinizi bilirəm”.
Bayden məktubla tanış olduqdan sonra Trampın sanki iki fərqli obrazının olduğunu düşünüb. Çünki Tramp bir tərəfdən dövlət başçısı postunu təhvil verdiyi şəxsə ənənəvi görüş keçirməyi təklif etməyib, digər tərəfdən isə məktubunda ona köhnə dost münasibəti göstərərək ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, Donald Tramp 2017-ci ilin 20 yanvarından 2021-ci illin 20 yanvarınadək ABŞ prezidenti olub. O, 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenə məğlub olub. Lakin 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qələbə qazanaraq yenidən ABŞ prezidenti postuna qayıdıb.
Banu