Rus diplomatlarını ölkədən qovaq - Alman deputat
“Moskvadan gələn kiberhücumların və təxribatların artması ilə əlaqədar rusiyalı diplomatların əksəriyyətinin Almaniyadan qovulmasına ehtiyac var”.
SAVASHMEDİA.az “Handelsblatt” qəzetinə istinadən xəbər verir ki, bunu Almaniya parlamentində Xristian Demokrat İttifaqını (CDU) təmsil edən deputat Roderix Kizevetter bildirib.
“Biz qalan bütün agentləri və diplomatları qovmalıyıq”, - deyə alman deputat vurğulayıb.
Kizevetterin sözlərinə görə, Berlindəki “Rus Evi” və Rusiyanın Almaniyadakı diplomatik və mədəni fəaliyyəti ilə bağlı “digər obyektlər” də bağlanmalıdır.
Xatirə SADİQ