Vanda Nara PSJ-nin ulduzu ilə eşq yaşayır – Gecəni birlikdə keçirdilər + Foto
“Qalatasaray”ın futbolçusu Mauro İkardidən boşanan Vanda Nara PSJ-nin ulduzu ilə eşq yaşayır.
SAVASHMEDİA.az “Revista”ya istinadən xəbər verir ki, Nara hazırda PSJ-nin futbolçusu Əşrəf Hakimi ilə sevgilidir.
Nəşr yazır ki, Çempionlar Liqasının finalından sonra PSJ klubunun təşkil etdiyi tədbirdə Vanda Nara da iştirak edib. Nara və Hakimi tədbirdə birlikdə əyləniblər. İddialara görə, onlar gecəni də birgə keçiriblər.
Xatırladaq ki, Vanda Nara futbolçu Maksi Lopeslə evli olan zaman ona Mauro İkardi ilə xəyanət edib. Nara Mauro İkardini repçi L-Gante, daha sonra isə məşhur aktyor Coni Deplə aldadıb.
Banu
Fotoda: Əşrəf Hakimi