Salahın bu tələbi "Beşiktaş"ı ŞOK ETDİ - Transfer DAYANDIRILDI
Türkiyənin "Beşiktaş" klubunun misirli futbolçu Məhəmməd Salahı heyətinə qatmaq cəhdi uğursuzluqla nəticələnib.
SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ulduz futbolçunun irəli sürdüyü xüsusi maliyyə tələbləri olub.
Məlumata görə, futbolçu "Beşiktaş" formasının satışından əldə olunan gəlirdən pay istəyib. M. Salah İngiltərə, Misir və Afrika bazarlarında satılacaq formalardan əldə edilən gəlirin 100 faizini, digər ölkələr üzrə satışlardan isə 50 faizini tələb edib.
"Beşiktaş" klubu bu şərti qəbul etməyib və transfer danışıqları dayandırılıb. Klub tələb olunan əlavə gəlirlərin futbolçunun maaş və bonus paketi ilə birlikdə kluba maliyyə yükü yaradacağı üçün belə bir qərar verib.
Qeyd edək ki, Məhəmməd Salah son illərdə İngiltərənin "Liverpul" klubunun formasını geyinib. Lakin bu il klub Salahla müqavilənin vaxtını uzatmaqdan imtina edib.
Banu