Messi bu gün meydana "Son Tanqo" ilə çıxacaq - Xüsusi buts
Lionel Messi DÇ-2026-nın finalında meydana onun üçün xüsusi olaraq hazırlanmış adidas F50 "El Ultimo Tango" butsları ilə çıxacaq.
SAVASHMEDİA.az xəbər verir ki, "El Ultimo Tango" ("Son Tanqo") adını daşıyan model argentinalı ulduzun Dünya Çempionatındakı son oyununa həsr edilib.
"Adidas" firması bildirib ki, butsun dizaynı Messinin 2006-cı ildə ilk mundialında geyindiyi F50 modelindən ilham alıb. Argentinanın göy-ağ rəngləri və qızılı elementlər isə onun uğurlarını simvolizə edir.
Model artıq azarkeşlər və kolleksiyaçılar arasında böyük maraq doğurub.
Oğuz