"Finalda nə baş verirsə, versin... " - Messidən azarkeşlərə ÇAĞIRIŞ
Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatının finalı ərəfəsində komanda yoldaşlarına və azarkeşlərə emosional müraciət edib.
SAVASHMEDİA.az xəbər verir ki, Messi paylaşımında son illərdə qazandıqları ən böyük uğurun təkcə titullar olmadığını, birlikdə keçdikləri yolun daha dəyərli olduğunu vurğulayıb.
"Bütün bu illər ərzində ən gözəl şey yalnız titullar deyil, birlikdə qət etdiyimiz yol oldu. Hər gün bu komandanın bir parçası olmaq, birlikdə mübarizə aparmaq, çətin anlardan sonra ayağa qalxmaq və hər addımdan zövq almaq ən böyük qazancımız idi.
Komanda yoldaşlarımın hər birinə, məşqçilər heyətinə və bu millinin böyük ailə olaraq qalması üçün hər gün çalışan bütün insanlara təşəkkür edirəm. Final oyununda nə baş verirsə, versin, bu komanda artıq heç vaxt unutmayacağımız və heç kimin silə bilməyəcəyi bir tarix yazıb. İrəli, Argentina!" – deyə Messi sosial şəbəkə hesablarında yazıb.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının finalında Argentina və İspaniya üz-üzə gələcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aytən