“Zirə” bozqurdların dəstək xahişinə "yox" deyib - "Turan Tovuz" nə istəyib?

Bu gün ölkə mediasında “Turan Tovuz”un CAS-da davam edən işi ilə bağlı yeni iddialar yayılıb.

Jun 12, 2026 - 23:15
Jun 13, 2026 - 00:05
“Zirə” bozqurdların dəstək xahişinə "yox" deyib - "Turan Tovuz" nə istəyib?

Yayılan məlumatlarda Azərbaycan Premyer Liqasının 11 klubunun, o cümlədən “Zirə”nin “Turan Tovuz”u müdafiə etmək məqsədilə UEFA və CAS-a müraciət etdiyi bildirilib.

Lakin SAVASHMEDİA.az-a danışan mənbənin sözlərinə görə, bu məlumatlar həqiqəti əks etdirmir.

Mənbə iddia edir ki, yayılan xəbərlər daha çox ictimai rəydə uduzan “Zirə” klubunun müdafiə olunmasına hesablanıb.

Bildirilir ki, CAS-da baxılan proses çərçivəsində UEFA “Zirə”ni zərərçəkmiş tərəf kimi təqdim edib. Mənbənin iddiasına görə, “Turan Tovuz” rəhbərliyi bununla bağlı “Zirə”yə müraciət edərək UEFA-ya rəsmi məktub göndərməsini və klubun iş üzrə qəbul ediləcək qərara etiraz etməyəcəyini bildirməsini xahiş edib.

İddialara əsasən, “Zirə” bu müraciətə müsbət cavab verməyib və "Turan Tovuz"un xahişini yerinə yetirməkdən imtina edib. Bundan sonra isə bəzi media orqanlarında “Zirə”nin də “Turan Tovuz”un mövqeyini dəstəklədiyi ilə bağlı məlumatlar dövriyyəyə buraxılıb.

Qeyd edək ki, yayılan iddialar barədə hələlik nə “Turan Tovuz”, nə də Zirə FK rəsmi açıqlama verib.

Mövzu ilə bağlı hadisələrin inkişafını izləməyə davam edəcəyik.

Oğuz