"Anama yaxşı oğul olmamışam..." - "Traktor"un qapıçısı

“Traktor”un futbolçusu Alireza Beyranvənd İran çempionatının qalibi olduqdan sonra maraqlı açıqlama verib.

May 3, 2025 - 12:35
"Anama yaxşı oğul olmamışam..." - "Traktor"un qapıçısı

33 yaşlı qapıçı çempionluğu ailəsinə həsr etdiyini bildirib.

"Anama yaxşı oğul, həyat yoldaşıma yaxşı ər olmamışam! Bu çempionluğu ailəmə həsr edirəm!”, - deyə Beyranvənd vurğulayıb.

Xatırladaq ki, “Traktor” İran Pro Liqasının XXVIII turunda səfərdə “Şəms Azar"ı 4:0 hesabı ilə darmadağın edərək tarixində ilk dəfə ölkə çempionluğunu təmin edib. (teleqraf)