Tribunalara işğaldan azad olunmuş şəhərlərin adları verildi  - FOTO

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Kopenhagen" (Danimarka) oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib.

Sep 25, 2025 - 14:35
Tribunalara işğaldan azad olunmuş şəhərlərin adları verildi  - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Qarabağ" klubundan məlumat verilib.

Tribunalarda bəzi sektorların yerləri və adları dəyişdirilib. VIP və VVIP sektorlara işğaldan azad olunmuş şəhərlərin (Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Şuşa, Xankəndi) adları veriib.

Qarşılaşmanın biletləri bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.