Zelenskidən Kreml əməkdaşlarına xəbərdarlıq - “Sığınacağın yerini öyrənin”
“Rusiya müharibəni dayandırmasa, Kremldə işləyən məmurlar ən yaxın bomba sığınacağının harada yerləşdiyini bildiklərinə əmin olmalıdırlar”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Axios”a müsahibəsində Ukrayna prezidenti Volodimi Zelenski deyib.
Zelenski qeyd edib ki, ABŞ prezidenti Donald Tramp enerji infrastrukturu obyektlərinə və silah zavodlarına zərbə endirmək məsələsində onu açıq şəkildə dəstəkləyir. O, əlavə edib ki, əgər Ukrayna ABŞ-dən əlavə uzaqmənzilli silah alarsa, “biz ondan istifadə edəcəyik”.
Ukrayna prezidentinin sözlərinə görə, son görüşləri zamanı o, Trampa konkret bir xahişlə – Putini danışıqlar masasına oturmağa məcbur edəcək yeni silah sistemi barədə müraciət edib. Zelenskinin kamera qarşısında həmin sistemin adını çəkməkdən imtina edib.
Ukrayna lideri qeyd edib ki, Tramp bu ricaya “Biz bunun üzərində işləyəcəyik” ifadəsi ilə cavab verib.
Zelenski bəyan edib ki, Ukrayna dinc sakinləri bombalamayacaq, çünki “biz terrorçu deyilik”. Lakin o, işarə edib ki, Rusiyanın Kreml kimi güc mərkəzləri hədəf ola bilər.
Xatirə SADİQ